Hadisə
Bakıda avtobuslarla minik avtomobilləri toqquşdu, yaralılar var
Bakıda iki sərnişin avtobusunun iştirakı ilə zəncirvarı qəza baş verib.
Hadisə ötən gecə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində qeydə alınıb. 57 saylı marşrut xətti ilə hərəkət edən "İsuzu" markalı sərnişin avtobusunun sürücüsü dayanacağa yaxınlaşdıqda idarəetməni itirib.
Nəticədə avtobus "Mercedes" markalı minik avtomobilinə çırpılıb. Zərbənin təsirindən "Mercedes" qarşısındakı "Daewoo" markalı 40 saylı marşrut avtobusuna, həmin avtobus da "Toyota" markalı minik maşınına dəyib.
Qəza nəticəsində xəsarət alan 2 nəfər - 1989-cu il təvəllüdlü Əliyev Ruslan Mənsur oğlu və Mənsurova Elmira Şirəli qızı hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Daha bir nəfərə isə hadisə yerində tibbi yardım göstərildikdən sonra buraxılıb. (apa)
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!