Hadisə
İstanbulda İŞİD-ə qoşulmaq istəyən Azərbaycan vətəndaşı tutuldu
Türkiyə kəşfiyyat və terrorla mübarizə qrupları Suriyada kamikadze təlimi alaraq İstanbulda terror aktı törətmək üçün gələn İŞİD üzvləri ilə əlaqədar kəşfiyyat məlumatları alıb.
Publika.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, kəşfiyyat və terrorla mübarizə qrupları əvvəlcədən müəyyən edilən ünvanlarda əməliyyat keçirib.
Əməliyyat zamanı İstanbulda kamikadze hücumu həyata keçirmək üçün gələn 2 İŞİD üzvü tutulub. Bunlar Tacikistan vətəndaşı “Zübeyr” kod adlı Novruz Qasımov və Özbəkistan vətəndaşı “Bunyod” kod adlı Azizjon Bekrayevdir. Terrorçuların kamikadze olmaq üçün təşkilatın siyahısına adlarını yazdırdıqları müəyyən edilib.
Əməliyyatın gedişatında həmçinin Suriyaya gedəcəyi müəyyənləşdirilən 36 nəfər saxlanılıb. Onların arasında Azərbaycan vətəndaşı da var. Bekrayev və Qasımov barəsində həbs qərarı çıxarılıb. Suriyaya getməyi planlaşdırılan digər 36 xarici vətəndaş isə deportasiya olunması üçün Miqrant İdarəsinə göndərilib.
Ömər Dağlı
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır