• USD 1,7000 0,00% EUR 1,9300 -0,50%
    • GBP 2,1564 -0,52% RUB 0,0269 -1,12%

Minik maşını “Shacman”a çırpıldı, üç nəfər öldü

  • Hadisə
  • 24 Noyabr 2016 09:57
  • 564 Baxış
Minik maşını “Shacman”a çırpıldı, üç nəfər öldü

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Ələt magistral avtomobil yolunun 48-ci kilometrliyində, Qaradağ rayonu Qobustan qəsəbəsində “Opel” markalı minik avtomobilinin dayanmış vəziyyətdə olan “Shacman” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Ölənlərdən biri kişi, biri qadın, biri isə uşaqdır.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR