Ələt-Astara magistralında mikroavtobus aşdı: 7 yaralı
Bizi izləyin

Hadisə

Ələt-Astara magistralında mikroavtobus aşdı: 7 yaralı

Nəticədə müxtəlif bədən xəsarətləri alan 6 sərnişin Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Masallı rayon Mərkəzi Xəstəxanasından Publika.az-a verilən məlumata görə, hadisə nəticəsində 7 nəfər yaralanıb.

“Yaralılardan beşi kişi, ikisi qadındır. Onların hamısı əzilmiş yaralarla xəstəxanaya daxil olub. İlkin tibbi yardım göstəriləndən sonra beş nəfər evə buraxılıb, iki nəfər isə ambulator müalicəyə cəlb edilib. Yaralıların vəziyyəti normaldır”.

Məlumata görə, hadisə rayonun Çaxırlı kəndi ərazisində baş verib. Kənd daxilində hərəkət edən mikroavtobusda texniki nasazlıq səbəbindən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Hadisə nəticəsində ölən olmayıb.

***

Ələt-Astara magistralında mikroavtobus aşıb.

Hadisə magistralın 157-ci kilometrliyində, Masallı rayonunun Təzəalvadı kəndi ərazisində qeydə alınıb.

İdarəetməni itirən mikroavtobus yolun kənarına aşıb.

Nəticədə müxtəlif bədən xəsarətləri alan 6 sərnişin Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Mikroavtobusda sıxılmış vəziyyətdə qalan sərnişinlər çıxarılıb.

Faktla bağlı araşdırma gedir. (apa)

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm