• USD 1,7000 0,00% EUR 1,9300 -0,50%
    • GBP 2,1564 -0,52% RUB 0,0269 -1,12%

Bakıda qumarxana aşkarlandı - FOTO

  • Hadisə
  • 24 Noyabr 2016 13:45
  • 501 Baxış
Bakıda qumarxana aşkarlandı - FOTO

Yasamal rayonu ərazisində yerləşən çay evlərindən birində qanunsuz idman mərc və qumar oyunlarının təşkil edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu barədə daxil olan məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçirib.

Qeyd edilən çay evinə baxış keçirilib. Nəticədə həmin obyektdə qanunsuz mərc, qumar oyunları təşkil edən Bakı şəhər sakini Mehti Cəfərov və Ağstafa rayon sakini Müqabil Pənahov saxlanılıblar.

Bununla yanaşı çay evinə baxış zamanı mərc və qumar oyunlarında istifadə edilən maddi sübutlar, yazılı şəkildə olan uduşlu mərc kuponları, eləcə də digər əşyalar aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı edilib ki, M.Cəfərov və M.Pənahov müvafiq qanunvericiliyin tələblərini pozaraq qanunsuz idman mərc oyunlarının təşkili nəticəsində külli miqdarda gəlir götürüblər.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR