Vergilər Nazirliyi Vidadi Zeynalov və digərlərinə qarşı 255 min manatlıq mülki iddia qaldırıb
Bizi izləyin

Hadisə

Vergilər Nazirliyi Vidadi Zeynalov və digərlərinə qarşı 255 min manatlıq mülki iddia qaldırıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ikeçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxslərin vəkillərinin bəziləri vaxtından gec gəliblər. Buna görə də proses təyin edilmiş vaxtdan 1 saat gec başlayıb.

Teleqraf.com-un məlumatına görə, hakim prosesə gec gələn vəkillərə xəbərdarlıq edib.

Hakim bildirib ki, Vergilər Nazirliyi təqsirləndirilən şəxslərə qarşı 255 min manat təzminat iddiası qaldırıb.

Daha sonra Səhrab Hümbətovun vəkili Vidadi Məmmədov vəsatət verərək müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov məhkəmədə sübutların araşdırılması qaydası barədə təklif verib. Bildirib ki, Vidadi Zeynalov digər təqsirləndirilən şəxslər ifadə verəndən sonra yekunda çıxış edəcək. Vəkil hakimdən təklifinin qəbul edilməsini istəyib.

Hakim isə bildirib ki, hazırkı mərhələdə bu məsələ müzakirə edilmir. Müzakirə olunanda bu təklifə münasibət açıqlanacaq.

Daha sonra məhkəmə istintaqı başlanıb və dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan etməyə başlayıb. Prokuror Vidadi Zeynalova aid hissədə ittihamı açıqlayıb. Vidadi Zeynalov ittiham üzrə özünü təqsirli bilməyib.

Proses günün ikinci yarısında prokurorun digər şəxslərin ittihamını açıqlayacaq.

Məhkəmədə araşdırılan 517 cildlik cinayət işində 205 şahidin adı keçir. Cinayət işi üzrə 11 təqsirləndirilən şəxs, 1 zərərçəkmiş şəxsin, 1 nəfər isə mülki iddiaçının nümayəndəsi var. Maliyyə Nazirliyi də zərərçəkmiş kimi tanınıb.

İttiham aktına əsasən, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev 567 min, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov 7 milyon 700 min, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov 250 min, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov 600 min, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 2 milyon, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov 1,5 milyon və “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev 204 min, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov 8 milyon, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 10 milyon, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov 4 milyon manat mənimsəmədə təqsirli bilinirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm