Bakıda üç il əvvəl törədilən cinayətin üstü açıldı
Bizi izləyin

Hadisə

Bakıda üç il əvvəl törədilən cinayətin üstü açıldı

Bakının Nizami rayonunda üç il əvvəl baş verən cinayətin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, 2013-cü il yanvarın 27-də Bakı şəhər sakini Müzəffər İsayevə məxsus “VAZ- 2107” markalı avtomobilin oğurlanmış dövlət qeydiyyat nişanları “Hyundai” markalı avtomobilin üzərində tapılıb. “Hyundai”nin paytaxtın Babək prospektində hərəkətdə olması Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən aşkar edilib.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin avtomobil saxlanılıb.

Həmin avtomobilin paytaxt sakini Elnur Rəhimova məxsus olması müəyyən edilib. Avtomobil sürücüsü ilə birgə Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm