Siqareti olmadığı üçün döyüb, 40 manatını aldılar - - VİDEO
Bizi izləyin

Hadisə

Siqareti olmadığı üçün döyüb, 40 manatını aldılar - - VİDEO

Səbail rayonunda quldurluq hadisəsi baş verib.

ARB TV xəbər verir ki, rayonun Badamdar qəsəbəsi ərazisində iki nəfər naməlum şəxs 34 yaşlı Müşviq Ağayevə yaxınlaşaraq ondan siqaret istəyiblər.

Müşviq Ağayev siqaretinin olmadığını deyəndə həmin şəxslərdən biri onu döyməyə başlayıb və cibində olan 40 manatını götürərək ərazidən uzaqlaşıblar. Sınıq xəsarətləri alan Müşviq Ağayev xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər. Hadisə ilə əlaqədar Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinə məlumat verilib.

Faktla əlaqədar başlanılan araşdırmalar davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm