Bakı-Qazax avtomagistralında zəncirvari qəza - - FOTO
Bizi izləyin

Hadisə

Bakı-Qazax avtomagistralında zəncirvari qəza - - FOTO

Əvvəlcə "Mersedes" "Uaz"-la toqquşub.

Bakı-Qazax avtomagistralında zəncirvari yol qəzası baş verib.

“Report” xəbər verir ki, avtomagistralın Tovuz rayonundan keçən hissəsində "Vaz 21-011", "Uaz" və "Mersedes" markalı avtomobillərin iştirak ilə avtoqəza qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillər yararsız hala düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə "Mersedes" "Uaz"-la toqquşub. Daha sonra Bakı istiqamətində hərəkət edən "Vaz 21-011" qəzaya düşən "Mersedes"-ə çırpılaraq onu yoldan çıxarıb.

Faktla bağlı araşdırmalara başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm