Füzulidə ev yandı, 86 yaşlı kişi öldü
Bizi izləyin

Hadisə

Füzulidə ev yandı, 86 yaşlı kişi öldü

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bu gün Füzuli rayonu, Alxanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaqlı evin hər mərtəbəsində bir otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı ev sahibi tüstüdən boğulmuş vəziyyətdə yanğınsöndürənlər tərəfindən çıxarılıb. Təcili Tibbi Yardım Xidməti hadisə yerinə gələnədək yanğınsöndürənlər tərəfindən xilasetmə cəhdlərinə baxmayaraq, 1930-cu il təvəllüdlü Məmmədov Ağaxan Xacıağa oğlu vəfat edib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm