Xaçmazda 49 yaşlı qadın qətlə yetirildi
Bizi izləyin

Hadisə

Xaçmazda 49 yaşlı qadın qətlə yetirildi

Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

Hadisə bu gün gecə saat 04:00 radələrində qeydə alınıb. Heydər Əliyev prospektində yaşayan 1967-ci il təvəllüdlü Quçiyeva Ruzarya Georgiyevna yaşadığı evin yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb.

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən qadını xilas etmək mümkün olmayıb.

Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə təqsirli bilinən Xaçmaz şəhər sakini, 1985-ci il təvəllüdlü Nəsirov Turxan Akif oğlu saxlanılıb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm