Prokuror Sevinc Babayevanın oğluna cəza istədi - 15 il 6 ay
Bizi izləyin

Hadisə

Prokuror Sevinc Babayevanın oğluna cəza istədi - 15 il 6 ay

Proses dekabrın 23-də davam edəcək.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmə davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən qapalı prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı Ayxan Məmmədovun 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses dekabrın 23-də davam edəcək.

Hadisə bu il fevralın 4-də Bakının Binəqədi rayonunda baş verib. Binəqədi qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Ayxan Məmmədov həyətdə arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrinə bir neçə bıçaq zərbəsi vurub.

Günay Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Ayxan Məmmədovun polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

Ayxan Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə rektor arasında vasitəçilik edən Sevinc Babayevanın oğludur.

Sevinc Babayeva "İnterpol" xəttiylə axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərindəki hospitallardan birində ürək xəstəliyindən vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm