Hadisə
Almaniyanı soyub-talayan 16 yaşlı azərbaycanlı ƏLƏ KEÇDİ
Almaniya polisi bu ölkədə bir-birinin ardınca yeddi soyğunçuluq hadisəsi törədən, otelləri və supermarketləri yaran azərbaycanlı yeniyetməni yaxalayıb.
Virtualaz.org Almaniya KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycandan bu ölkəyə getmiş 16 yaşlı yeniyetmə 10 gün ərzində Hamburq şəhərinin qərb hissəsində beş otelə və iki supermarketə quldur basqınları həyata keçirib. "Və hər dəfə eyni sxemlə hərəkət edib. O, qara maska taxaraq otellərə və supermarketlərə basqın edib, əməkdaşları və kassrləri bıçaqla hədələyib, pulları tələb edib. Beş soyğunçuluq hadisəsində həmin azərbaycanlı “orta məbləğlərdə” pul aparmağa nail olub, ikisində isə əliboş dönüb". Hamburq polisinin mətbuat katibi Tanja fon der Axe belə deyib.
Polisin bildirdiyinə görə, ilk soyğunçuluq hadisəsi dekabrın 5-də törədilib. Həmin hadisədən sonra polis soyğunçunun izinə düşsə də onun bir-birinin ardınca yeni soyğun hadisələri törətməsinin qarşısını ala bilməyib.
Nəhayət, ötən həftə sonu polis soyğunçunun kimliyini müəyyən edib və qaldığı yeri müəyyənləşdirib. Məhkəmənin çıxardığı həbs orderi əsasında polis əməliyyat keçirərək gənc soyğunçunu həbs edib.
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ