Bakıda avtobus qəzası: 1 ölü, 2 yaralı - FOTO (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Bakıda avtobus qəzası: 1 ölü, 2 yaralı - FOTO (YENİLƏNİB)

Hadisə səhər saatlarında qeydə alınıb.

Nərimanov rayonu Ziya Bünyadov prospektində, Bakı Olimpiya Stadionun qarşısında 20 saylı sərnişin avtobusunun idarəetməni itirməsi nəticəsində baş vermiş qəzada 2 nəfər yaralanıb, 1 nəfərin isə öldüyü bildirilir.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin Publika.az-a verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər yaralanıb: “Onlardan biri 36 yaşlı kişi aşağı ətrafların sınığı ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 63 yaşlı qadın isə qarın travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib”.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan Publika.az-a bildirdilər ki, yaralının vəziyyəti normalıdır: “Yaralı şəxsin sözlərinə görə, onların avtobusun içərisində olmayıblar. Avtobus idarəetməni itirib, yoldakı şərnişinləri vurub. Hadisə nəticəsində bir nəfərin öldüyünü deyir”.

***

Nərimanov rayonu Ziya Bünyadov prospektində, Olimpiya stadionun qarşısında sərnişin avtobusu idarəetməni itirərək yüksək sürətlə dayanacağa çırpılıb. Hadisə səhər saatlarında qeydə alınıb.

Qəza nəticəsində bir neçə maşın əzilib, yaralananlar var. Qəza zamanı maşınlardan biri yoldan çıxaraq stadionun həyətinə düşüb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı dayanacaqda olan sərnişinlərdən də yaralananlar olub. Yaralılar 1 nömrəli xəstəxanaya gətirilib.

Faktı Nərimanov Rayon Polis İdarəsnin əməkdaşları araşdırır. (inter.az)

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm