Qurban Yetirmişli: “Xəzərdə seysmik aktivlik artıb”
Bizi izləyin

Hadisə

Qurban Yetirmişli: “Xəzərdə seysmik aktivlik artıb”

İl ərzində 9905 zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin respublika ərazisində olan 42 seysmik stansiyasında (35 daimi və 7 stasionar) il ərzində 9905 zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, bu sözləri RSXM-nin baş direktoru Qurban Yetirmişli bu gün keçirilən hesabat tədbirində deyib.

Onun sözlərinə görə, Azərbaycan və ona bitişik ərazilərdə 7866, respublika ərazisində 4365, dünyada 2039 zəlzələlər RSXM tərəfindən emal edilib: “Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan 91 zəlzələ olub. Onlardan 18-i hiss olunub. İl ərzində respublika ərazisində baş verən ən güclü zəlzələ isə 1 avqust 2016-cı il tarixində İmişli ərazisində baş verən və maqnitudası 5.6 olan İmişli zəlzələsi olub”.

Seysmik baxımdan aktivliyə gəlincə isə baş direktor diqqəti Xəzər dənizinə çəkib. 2014-2016-cı illərdə Xəzərdə seysmik baxımdan aktivliyin artmasının müşahidə olunduğunu bildirən Q.Yetirmişli neft-qaz yataqları ətrafında baş verən hadisələr və neft hasilatında olan azalmalara seysmikliyin təsirləri haqqında da danışıb. Baş direktor çıxışında hesabat ili ərzində RSXM-də geofiziki, geokimyəvi, geodonamik tədqiqatlar aparıldığını da diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm