Bakıda ölən əcnəbi FUTBOLÇULARIN FOTOLARI - (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Bakıda ölən əcnəbi FUTBOLÇULARIN FOTOLARI - (YENİLƏNİB)

Bakıda 5 kamerunlunun meyiti tapıldı.

Bakıda mənzildə meyitləri tapılan əcnəbi futbolçuların çıxış etdiyi klub müəyyən edilib.

Publika.az-ın “Apasport”a istinadən verdiyi məlumata görə, kamerunlu Pau Taken, Nikbenti Nombiye Leves və Nzemele Ezzambe Linusme həvəskarlar arasında Bakı kənd və qəsəbələrinin çempionatında çıxış edən “SabunçuSpor” klubuna çıxış ediblər.

Senan Nike əvvəllər “SabunçuSpor”un üzvü olsa da, sonradan klubdan kənarlaşdırılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə bu futbolçuların fotoları yayılıb.

***

Bakıda mənzildən meyitləri tapılan əcnəbilərin şəxsiyyəti müəyyənləşib.

Publika.az xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən Apa-ya verilən məlumata görə, hadisə rayonun Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında baş verib.

Orada kirayədə yaşayan, Kamerun Respublikasının vətəndaşları – Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata dəm qazından boğularaq ölüb.

Polisdən həmçinin bildirilib ki, hadisə zamanı ölən iki nəfər - Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus tələbə, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata isə futbolçudur.

Əcnəbi tələbələr Texniki Universitetdə oxuyurmuş.

Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən istintaq araşdırması davam etdirilir.

***

Bakıda mənzildə 5 nəfərin meyiti aşkarlanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda mənzildə 5 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilə pəncərədən daxil olub və kirayədə qalan Kamerun Respublikasının vətəndaşları olan 5 nəfərin cəsədlərini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm