• USD 1,7000 0,00% EUR 2,0264 +0,09%
    • GBP 2,3680 +0,13% RUB 0,0233 0,00%

Sevdiyi qızı vermədilər deyə özünü asdı

  • Hadisə
  • 3 Yanvar 2017 12:21
  • 880 Baxış
Sevdiyi qızı vermədilər deyə özünü asdı

Biləsuvar rayonunun Əsgərabad kəndində 35 yaşlı gəncin intiharının bəzi təfərrüatları məlum olub.

Əsgərabad kənd sakinlərinin verdiyi məlumata görə, Elşən Nəciyev özünü dayısına məxsus evdə asıb: "Onun dayısı şəhərdə yaşayırdı. Dayısı öz evini Elşənə verib ki, orda qalsın, həm də nəzarət eləsin. Səhhətində heç bir problem yox idi. Ailə təsərrüfatla məşğul olub. Mal-qara saxlayıblar, öz əllərinin zəhməti ilə dolanırlar. Elşən də işləyib ailəsinə kömək edirdi”.

Kənd sakinləri deyir ki, Elşən Nəciyevin kəndə istədiyi qız olub: "Ailə qurmaq istəyib, qıza elçi göndərib, verməyiblər. Deyirlər ki, o, buna görə intihar edib”.

Biləsuvar rayonunda intihar hadisəsi qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Elşən Möhübbət oğlu Nəciyev yaşadığı evdə özünü asaraq intihar edib. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (aznews.az)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR