Bərdədə DƏHŞƏT: Məcburi köçkünü döyərək öldürən şəxs tutuldu (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Bərdədə DƏHŞƏT: Məcburi köçkünü döyərək öldürən şəxs tutuldu (YENİLƏNİB)

Bərdə rayonunda qətl hadisəsi baş verib.

Bərdədə qətl hadisəsi baş verib.

APA-nın verdiyi xəbərə görə, hadisə rayonun Mirzəcəfərli kəndində olub.

Kənd ərazisində fermada yaşayan Yevlax rayonu Qoyun Binəsi kənd sakini, 1999-cu il təvəllüdlü Mustafalı Tapdıq Əlifəsiyyət oğlu qonşuluqda yaşayan Kəlbəcər rayonundan olan məcburi köçkün, 2003-cü il təvəllüdlü Mirzəməmmədov Həsrət Sabir oğlunu döyərək öldürüb.

Bərdə rayon Polis Şöbəsindən bildiriblər ki, hadisə yerindən qaçan T. Mustafalı polis tərəfindən yaxalanaraq istintaqa cəlb edilib.

T. Mustafalı ilkin ifadəsində yeniyetməni otlaq sahəsinə görə yaranan münaqişə zəminində öldürdüyünü deyib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb.

***

Bərdə rayonunda qətl hadisəsi baş verib.

Publika.az “Report”a istinadən bildirir ki, hadisə rayonun Şorkanal ərazisində baş verib.

Belə ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 2003-cü il təvəllüdlü Həsrət Sabir oğlu Mirzəməmmədov naməlum şəxs tərəfindən döyülürək öldürülüb.

Qeyd edək ki, ailə həmin ərazidə təsərrüfat işləri ilə məşğul olurmuş. Yeniyetmə də orada mal-qara otarırmış.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm