Qar 6 nəfəri xəstəxanalıq etdi
Bizi izləyin

Hadisə

Qar 6 nəfəri xəstəxanalıq etdi

Xüsusi təchiz edilmiş maşınlarımız dağlıq ərazilərdə yerləşdirilib.

Qarlı hava şəraiti ilə əlaqədar 9 nəfər yıxılaraq travma alıb.

Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.

Onun sözlərinə görə, hadisələrdən 7-si bu gecə qeydə alınıb:

“Hava şəraiti ilə əlaqədar olaraq ümumilikdə 9 nəfər müraciət edib. Onlardan ikisi iki gün əvvəl, yeddisi isə bu gecə olub. Bu gecə müraciət edənlərin 4-ü xəstəxanaya yerləşdirilib. Ümumilikdə bu günlərdə qarlı hava şəbəbində travma alanların 6-sı xəstəxanalıq olub. Xəsarətlər əsasən aşağı və yuxarı ətrafların travmasıdır”.

R.Nağıyev bildirib ki, təcili yardım maşınlarının qarlı havada hərəkətində heç bir problem yaşanmayıb:

“Xüsusi təchiz edilmiş maşınlarımız dağlıq ərazilərdə yerləşdirilib. Digər ərazilərdə isə hərəkətdə problem yaşanmır. Bu günlərdə insanların təcili yardıma müraciətlərinin də sayı azalıb. Adi vaxtda gün ərzində 2000 müraciət olurdusa, indi say 1600-1800 arasında dəyişir. İnsanlar sağ olsunlar, hava şəraitini nəzərə alıb, hər adi problemə görə təcili yardım çağırmırlar”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm