Gəncədə mikroavtobus aşdı: ölən və xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Gəncədə mikroavtobus aşdı: ölən və xəsarət alanlar var

Faktla bağlı Gəncə şəhər Baş Polisi İdarəsində araşdırma aparılır.

Gəncədə mikroavtobus aşıb.

Hadisə Gəncənin şərq çıxışında qeydə alınıb. Gəncədən Bakı istiqamətində hərəkətdə olan “Mecedes Vito” markalı mikroavtobus aşıb.

Hadisə avtomobildə olan şəxslərdən biri, 1985-ci il təvəllüdlü Elşad Tağıyev ölüb, üç nəfər böyük, iki nəfər azyaşlı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Qəzaya yolun buz bağlamasının səbəbə olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polisi İdarəsində araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm