Ağdaşda GÜCLÜ YANĞIN: 1 ölü
Bizi izləyin

Hadisə

Ağdaşda GÜCLÜ YANĞIN: 1 ölü

Ağdaşda GÜCLÜ YANĞIN

Ağdaş rayonunda yaşayış evinin yanması nəticəsində 89 yaşlı ev sahibi ölüb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Qarağan Sədi kəndində vətəndaşa məxsus ümumi sahəsi 86 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü 44 kv.m sahədə yanıb.

Yanğın zamanı ev sahibi, 1928-ci il təvəlüdlü Mustafayev Səfər Mustafa oğlunun cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm