Siyəzəndə qonşusunu bıçaqlayana 3 il cəza verildi
Bizi izləyin

Hadisə

Siyəzəndə qonşusunu bıçaqlayana 3 il cəza verildi

Təqsirləndirilən şəxsə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Nahid Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, bıçaqlanma hadisəsi ötən ilin iyulunda Siyəzən şəhərində baş verib. Nahid Muradov qonşusu Arzu Orucovu aralarında yaranan münaqişə zəminində bıçaqlayıb.

Arzu Orucovu xilas etmək mümkün olub. Hadisənin baş verəməsinə səbəb kimi Arzu Orucovun Nahid Muradovu təhqir etməsi göstərilir.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Nahid Muradov 3 il müddətinə azadlıqdan məhrum edilib. (Teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm