Hadisə
Saxta yol polisləri sürücünü tora salıb maşını əlindən aldılar - - VİDEO

Avtomobil aldı, sonradan özünün törətdiyi xətalara görə yığılan cərimələr ucbatından dələduzların qurbanı oldu.
Bərdə rayon sakini Ramin Nəsibovun 2014-cü ildə aldığı avtomobil sonradan başqasına satılıb. Hər şey 1500 manata yaxın cərimənin yığılmasından sonra başlayıb. Özünü müvafiq olaraq polis və vəkil kimi təqdim edən Rəşad və Seymur adlı şəxslər Ramin Nəsibovla cərimələrlə bağlı söhbət etmək üçün əvvəlcə Bərdədə görüşüblər. Görüş zamanı ona deyilib ki, avtomobilin əsl sahibi etibarnaməni ləğv etdirib. Məsələni araşdırmaq üçün avtomobilin yiyəsi ilə Bakıda görüşəcəklərini vəd veriblər. Ramin Nəsibov paytaxta gələndə başqa mənzərə ilə qarşılaşıb.
Maşınını tapa bilməyən Ramin Nəsibov hüquq-mühafizə orqanlarına şikayət edib. Araşdırmalar zamanı məlum olub ki, avtomobil sonradan Sumqayıt şəhərində yaşayan bir hərbçiyə satılıb. İşin istintaqını aparan müstəntiq Simran Əsədullayev hazırda məsələnin araşdırıldığını deyib.
Dırnaqarası polis Rəşad telefonlara cavab verməsə də, özünü vəkil kimi təqdim edən Seymur danışa bilməyəcəyini bildirdi. Sonradan Seymur telefonlarımıza cavab vermədi. Ramin Nəsibov iddia edir ki, onu aldadanların, eləcə də avtomobilin satıldığı Sumqayıt sakininin şəxsiyyəti məlum olsa da, hələ də avtomobilini geri ala bilmir. Məsələnin təfərrüatları araşdırmalardan sonra məlum olacaq.
(xezerxeber)

-
İdman02:43
Yamal yeni nömrəsinə qovuşdu – VİDEO
-
Dünya02:00
7,1 bal gücündə zəlzələ oldu - Sunami xəbərdarlığı edildi
-
Qoroskop00:35
Günün ulduz falı: Gözlənilməz ideya maddi uğur gətirə bilər
-
ABŞ16 İyul 23:21
Trampın planı üzə çıxdı, dollar kəskin ucuzlaşmağa başladı
-
İdman16 İyul 23:05
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından çıxarıldı
-
Hadisə16 İyul 22:14
Laçında meşə YANIR
-
Rəsmi xronika16 İyul 20:30
Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - Fotolar
-
MDB16 İyul 19:50
Şıxlinski haqqında 2 ay həbs qətimkan tədbiri seçildi - Yeniləndi