Şəkidə buzlu yol can aldı
Bizi izləyin

Hadisə

Şəkidə buzlu yol can aldı

Şəkidə ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Şəkidə ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Şəki-Oğuz yolunun Şəkinin Küngüt kəndi ərazisindən keçən hissəsində qeyd alınıb. Belə ki, Oğuz rayon sakini Qarayev Şövkət Bəhərçin oğlunun idarə etdiyi "Mersedes" markalı avtomobillə, elə həmin rayon sakini Rüstəmov Bəhlulun idarə etdiyi "Qazel" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində mersedesin sürücüsu Şövkət Qarayev həlak olub.Yük avtomobilinin sürücüsu isə xəsarət alıb və dərhal Şəki MRX-na çatdırılıb.

Qəzanın baş verməsinə ilkin ehtimal yolun buzlu olması göstərilir.

Faktla bağlı araşdırma aparılır. (ARB Şəki)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm