"Prado" ağaca çırpıldı - Xəsarət alanlar var - - FOTO
Bizi izləyin

Hadisə

"Prado" ağaca çırpıldı - Xəsarət alanlar var - - FOTO

Gəncədə yol qəzası baş verib.

Gəncədə yol qəzası baş verib 2 nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, hadisə Gəncə - Göygöl yolunun 1-ci kilometrliyində baş verib.
Şəhər sakini 31 yaşlı Seymur Bayramov idarə etdiyi "Toyota Prado" markalı avtomobilin idarəetməsini itirib. Nəticədə avtomobil yoldan cıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və onun sərnişini şəhər sakini 34 yaşlı Tural Kazımov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər TTYX-ya gətiriliblər.
İlkin tibbi yardım göstərilən yaralılardan vəziyyəti ağır olan Seymur Bayramov şəhərdəki özəl xəstəxanalardan birinə göndərilib. (ARB Kəpəz)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm