Maşın 13 yaşlı uşağın gözü qarşısında anasını vurub qaçdı - - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Maşın 13 yaşlı uşağın gözü qarşısında anasını vurub qaçdı - - FOTO/VİDEO

Şəmkirdə 38 yaşlı piyada vurulub.

Şəmkirdə 38 yaşlı piyada vurulub.

Publika.az xəbər verir ki, Şəmkir rayonun Qasımalılar kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Kənd sakini 38 yaşlı Elnarə Hüseynova yaşadığı evin yaxınlığında oğlu 13 yaşlı Nəbi Hüseynov ilə yolu keçmək istəyərkən "Niva" markalı avtomobil onu vurub. Sürücü və iki sərnişini qadını yaralı halda qoyaraq ərazidən uzaqlaşıb.

Təranə Hüseynova - Zərərçəkənin baldızı: "Uşaq qışqırıb ki, gəlin anama kömək edin. Üçü də maşına minib gediblər. Bizim bir xahişimiz odur ki, vuranları tapsınlar".

Yaralı əvvəlcə Şəmkir rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncədəki özəl xəstəxanalardan birinə, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. (ARB Kəpəz)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm