"Port Baku"da yanğın həyəcanı - - FOTO
Bizi izləyin

Hadisə

"Port Baku"da yanğın həyəcanı - - FOTO

Yanğınla bağlı həyəcan siqnalı veriləndən sonra bütün əməkdaşlar dərhal binanı tərk ediblər.

Bu gün “Port Baku” Ticarət Mərkəzində fövqəladə hadisələrə hazırlığın yoxlanılması ilə bağlı təlim keçirilib.

Yanğınla bağlı həyəcan siqnalı veriləndən sonra bütün əməkdaşlar dərhal binanı tərk ediblər. Məqsəd əməkdaşların fövqəladə vəziyyətlərə hazırlıqlarını yoxlamaq və hadisələrə operativ reaksiyasını təmin etməkdir.

Ticarət mərkəzinin “duty” meneceri Rüstəm Səmədovun virtualaz.org-a bildirdiyinə görə, 3 aydan bir belə həyəcan siqnalı verilir və əməkdaşların baş verə biləcək fövqəladə vəziyyətlərə hazırlığı yoxlanır.

“3 aydan bir bizim ticarət mərkəzində “alarm sistemi”, həyəcan siqnalı verilir. Hər kəs hazır olmalı, binanı 2-3 dəqiqə ərzində tərk eləməlidir. Bu təlim idi, əgər bu təlim olmasa, həqiqətən belə bir hadisə baş verərsə, insanlar özlərini xilas eləməyi bacarmalıdırlar. Satıcılardan tutmuş, mühafizə xidmətinə qədər hamı bilməlidir ki, fövqəladə vəziyyət yarananda haradan çıxmaq lazımdır, hara getmək olar”, - deyə menecer bildirib.

3 aydan sonra yenə də belə bir təlim keçiriləcəyini deyən R.Səmədov həmçinin bildirib ki, “Port Baku”da çalışan əməkdaşlar təlim zamanı binanı lazım olan vaxtdan daha tez tərk ediblər.

“Əslində, 6-7 dəqiqə ərzində əməkdaşların hamısı binanı tərk etməli idi. Amma cəmi 2-3 dəqiqəyə biz ticarət mərkəzini bütünlüklə boşaltdıq”, - deyə menecer bildirib. (virtualaz.org )

Oxumağa davam et
Reklam
Reklam

Gündəm