Həbsdən buraxılan Mehriban barədə İlhamə Quliyevanın oğlu: "Nə deyim, Allah ..." - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Həbsdən buraxılan Mehriban barədə İlhamə Quliyevanın oğlu: "Nə deyim, Allah ..." - (YENİLƏNDİ)

M.Hüseynova barəsində şərti cəza seçilib

İlhamə Quliyevanın oğlu Orxan big.az-a M.Hüseynovanın azadlığa buraxılmasından məlumatsız olduğunu bildirib: " Nə zaman buraxılıb? Heç xəbərim yoxdur. Allah köməyi olsun. Mən nə deyim ?! "

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Mehriban Hüseynova barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və 1 il 3 ay şərti cəza təyin edilib. Həbs qətimkan tədbirinin ləğv olunub və Mehriban Hüseynova məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, dövlət ittihamçısı Mehriban Hüseynovanın 8 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

İlhamə Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm