Ana söyüşünə görə tanışını baltaladı - Dəhşətli qətlin TƏFƏRRÜATI - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Ana söyüşünə görə tanışını baltaladı - Dəhşətli qətlin TƏFƏRRÜATI - (YENİLƏNDİ)

Ağır xəsarət alan şəxs hadisə zamanı yerindəcə keçinib.

Sumqayıtda keçmiş məhbus ana söyüşünə görə tanışını qətlə yetirib.

Hadisə Corat qəsəbəsində baş verib.

Belə ki, 34 yaşlı Hətəmov Ramiz Yunis oğlu tanışı, 45 yaşlı Quliyev Rüfət Salman oğlunun yaşadığı evə qonaq gedib. Daha sonra qonaqla ev sahibi arasında mübahisə düşüb. R.Hətəmov nalayiq söyüşlərlə R.Quliyevi təhqir edib. Bundan sonra R.Quliyev evdəki balta ilə R.Hətəmovun baş nahiyəsinə zərbə vuraraq onu qətlə yetirib.

R.Quliyev könüllü olaraq polisə təslim olub.

Qeyd edək ki, R.Quliyev əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır. (report)

***

Bu gün Sumqayıtda qətl törədilib.

Sumqayıt şəhər Corat qəsəbəsində yerləşən mənzildə 1974-cü il təvəllüdlü Quliyev Rüfət Salman oğlu aralarında baş vermiş mübahisə zəminində 1983-cü il təvəllüdlü Hətəmov Ramiz Yunis oğlunu baltalayıb.

Ağır xəsarət alan şəxs hadisə zamanı yerindəcə keçinib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma aparılır. (xeberle.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm