Lənkəranda uşaq geyimi mağazası yanğın - - FOTO
Bizi izləyin

Hadisə

Lənkəranda uşaq geyimi mağazası yanğın - - FOTO

Yanğının başvermə səbəbləri araşdırılır.

Lənkəran rayonunda uşaq geyimi mağazası yanıb.

Publika.az xəbər verir ki, hadisə Lənkəran şəhərinin Qala xiyabanı küçəsi ilə Bala Məmməd küçəsinin kəşişməsində yerləşən şəhər sakini Raqib Mehdiyevə məxsus ümumi sahəsi 60 kvadratmetr olan "Uşaq aləmi" mağazasında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb, alovun digər mağazalar və obyektlərə keçməsinin qarşısı alınıb.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm