Leyla Şıxlinskaya dələduzluqda ittiham olunur - - FOTO
Bizi izləyin

Hadisə

Leyla Şıxlinskaya dələduzluqda ittiham olunur - - FOTO

Leyla Şıxlinskaya dələduzluq ittihamına özü aydınlıq gətirəcək.

Bir neçə gündür ki, Rusiya mətbuatında Azərbaycanın xalq artisti Leyla Şıxlinskayanın adı dələduzluq ittihamında hallanır.

Life.ru saytının yaydığı məlumata görə, Rusiya Reyestr İdarəsinin Moskva şöbəsi külli miqdarda dələduzluq faktı ilə bağlı polisə müraciət edib. Nəticədə Moskvanın ən nüfuzlu küçələrindən biri sayılan Petrovkada elit binalardan birinin sonuncu mərtəbəsində iki mənzilin mənimsənilməsi faktının üstünü açılıb.

Mənzillərdən birinin sahibinin Azərbaycanın xalq artisti Leyla Şıxlinskaya olduğu bildirilir. Müəyyən edilib ki, dəyəri 500 milyon rubldan çox olan həmin iki mənzil son bir ildə saxta sənədlərlə bir neçə nəfərin adına keçirilib. 336 kv.m-lik, dəyəri 250 milyon rubl olan bir mənzilə Abdulvaris M. adlı şəxsin, onunla qonşu olan 400 kv.m-lik mənzil isə Şıxlinskaya Leyla Fərrux qızının adına sənədləşdirilib.

Mənzilin gerçək sahiblərinin isə heç bir yerdə şikayətinə rast gəlinməyib. Əgər məhkəmədə sənədlərin saxta olduğu təsdiqini tapsa, mənzillər dövlət tərəfindən müsadirə olunacaq. Məlumatda o da qeyd edilib ki, xalq artisti ilə əlaqə yaradıb, məsələyə aydınlıq gətirmək mümkün olmayıb.

Qeyd edək ki, Azərbaycanın xalq artisti hazırda Rusiyada yaşayır. Onun Bakıda adına böyük klinika fəaliyyət göstərir. Məsələyə aydınlıq gətirmək üçün əməkdaşımız Leyla Şıxlinskaya Klinikası ilə əlaqə saxlayıb.

Klinikanın marketinq şöbəsinin rəhbəri Günel Əhmədova bildirdi ki, xalq artisti Bakıya döndükdən sonra məsələyə aydınlıq gətiriləcək: “Mətbuatda yazılan məlumatlardan xəbərdarıq. Bu, çox gülüncdür. Xəbərlərdə fərqliliklər var. “Şok, şok” başlıqlı yazıları açıb oxuyanda yazının içində anlaşılmazlıqlar görürük. Hazırda klinikada heç kim məsələ ilə bağlı məlumatlı deyil. Leyla xanım özü Bakıya dönəndə daha dəqiq məlumat verəcək”. (musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm