• USD 1,7000 0,00% EUR 1,8825 +0,04%
    • GBP 2,1197 +0,97% RUB 0,0266 +1,13%

"Akif Çovdarov məndən üç dəfə pul alıb" - Zərərçəkmiş (YENİLƏNİB)

  • Hadisə
  • 13 Fevral 2017 18:21
  • 563 Baxış
"Akif Çovdarov məndən üç dəfə pul alıb" - Zərərçəkmiş (YENİLƏNİB)

Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə günün ikinci yarısında keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Nəsib Əliyev ifadə verib.

O, bildirib ki, “Yeni Yasamal” və digər mənzil-tikinti kooperativlərinin həmtəsisçiləri olub. Zərərçəkmişin sözlərinə görə, Akif Çovdarov ondan 100 min dollar tələb edib, amma sonra 80 min dollarını alıb. Zərərçəkmiş əlavə edib ki, Akif Çovdarov ondan əlavə olaraq 350 min dollar da alıb.
Nəsib Əliyev deyib ki, başqa cinayət işi üzrə məhkum olunub və hazırda məhkumluq həyatı yaşayır. Nəsib Əliyev deyib ki, Akif Çovdarov ondan üç dəfə pul alıb. O, Akif Çovdarovun otağının harada yerləşməsi barədə suala isə cavab verə bilməyib.

Akif Çovdarov deyib ki, zərərçəkmiş onun xidməti otağını tanımır, buna görə də zərərçəkmişdən pul tələb etmədiyini iddia edib.

Daha sonra prosesdə Əflatun Kərimovun epizodu üzrə dinləmələr keçirilib. O, ifadəsində qeyd edib ki, ona hər hansı bir maddi ziyan vurulmayıb: “Məni bir gün MTN-də saxlayıblar. Özümü zərərçəkmiş hesab etmirəm, heç bir tələbim də yoxdu. Saxlandığım vaxt məndən heç nə istəməyiblər”.

Proses fevralın 15-də davam edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR