Şirvanda iki avtomobil toqquşdu: 3 nəfər yaralandı
Bizi izləyin

Hadisə

Şirvanda iki avtomobil toqquşdu: 3 nəfər yaralandı

Şirvanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Şirvanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində Şəhidlər Xiyabanının yaxınlığında qeydə alınıb. Belə ki, Şirvan şəhər sakini, 47 yaşlı Natiq Müzəffər oğlu Əhmədovun idarə etdiyi “Vaz-2105” markalı avtomobili qarşıdan gələn minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində “Vaz-2105”in sürücüsü və Hacıqabul sakini, 33 yaşlı Aytən Teyyub qızı Əsədova, Şirvan sakini, 18 yaşlı Anar Rasim oğlu Dadaşov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ilk tibbi yardımdan sonra “Vaz-2105”in sürücüsünün vəziyyəti ağır olduğundan reanimasiya, digər iki nəfər isə travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm