19 yaşlı gəncin son məktubu: "Əsgərliyə gedirəm, sevgilim üçün darıxacam" - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

19 yaşlı gəncin son məktubu: "Əsgərliyə gedirəm, sevgilim üçün darıxacam" - (YENİLƏNDİ)

Hadisə Xətai rayonunda qeydə alınıb.

Bakı şəhərin Xətai rayonunda 19 yaşlı oğlanın özünü öldürməsi hadisəsinin təfərrüatı məlum olub.

Yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asan 19 yaşlı Röyal Mirzəyevin məktubu tapılıb. Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuş Röyal məktubu sevgilisinə yazıb. O məktubunda qeyd edib ki, yaxın vaxtlarda hərbi xidmətə yollanacaq və bir daha sevgilisini görə bilməyəcək. Artıq yaşamaq istəmədiyini yazan Röyal sevgilisindən və doğmalarından halallıq istəyib.

R.Mirzəyevin məktubu və istifadə etdiyi telefon götürülüb araşdırma aparılır. (lent.az)

***

Bakıda 19 yaşlı oğlan özünü asıb.

Hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, M.İbrahim küçəsi 41 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan 1998-ci il təvəllüdlü Mirzəyev Röyal Mürsəl oğlu özünü yaşadığı evdə asaraq öldürüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm