11-ci sinif şagirdinin DƏHŞƏTLİ İNTİHARI: Sevdiyi qız ona "yox" dedi - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

11-ci sinif şagirdinin DƏHŞƏTLİ İNTİHARI: Sevdiyi qız ona "yox" dedi - (YENİLƏNDİ)

Faktla bağlı cinayət işi başlanıb.

Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, şəhər 1 saylı orta məktəbinin şagirdi olan F.Əsədlinin intihar etməsinə səbəb sevdiyi qızdan rədd cavabı alması olub. İntihar edən məktəblinin üzərindən sevdiyi qıza yazdığı məktub çıxıb.

Qeyd edək ki, intihar edən yeniyetmənin valideynləri əslən Qubadlı rayonundandırlar. (salamnews)

***

Xırdalan şəhər 1 saylı orta məktəbin 11-ci sinif şagirdi Fərrux Əsədlinin intiharının təfərrüatı ilə bağlı bəzi məqamlar müəyyən olub.

Onun təhsil aldığı 1 saylı orta məktəbdən Publika.az-a bildirilib ki, F.Əsədli yaxşı oxuyan şagird olub:

“O, məktəbdə özünü çox yaxşı aparırdı, davamiyyəti də yaxşı idi. Yaxşı oxuyurdu, ali məktəbə hazırlaşırdı. Fərruxun heç bir psixoloji problemləri olmayıb. Lakin hadisə məktəbdə olmadığından biz başqa heç bir məlumat verə bilmərik”.

Abşeron şəhər prokokurorunun köməkçisi Ruslan Hüseynov artıq hadisə ilə bağlı cinayət işinin açıldığını deyib:

“Hadisə fevralın 14-ü saat 13:30 da baş verib. Xərdalan şəhər M.Ə.Rəsulzadə küçəsində Fərrux Əsədli yaşadığı evin damından özünü atıb. Faktla bağlı Cinayət Məcəlləsinin 125.1-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb”.

***

Abşeronda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan verilən məlumata görə, Xırdalan şəhər sakini, 2000-ci il təvəllüdlü Fərrux Ağakişi oğlu Əsədli özünü yaşadığı Rəsulzadə küçəsindəki 1 saylı binanın damından atıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Məlumata görə, F. Əsədli Xırdalanda yerləşən 1 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (apa)

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm