Azərbaycandan 30 min zəli qaçırdan iranlı tutuldu - - VİDEO
Bizi izləyin

Hadisə

Azərbaycandan 30 min zəli qaçırdan iranlı tutuldu - - VİDEO

İran vətəndaşı Zahedi Qulamrza 30 min zəli ilə Astara Gömrük məntəqəsində saxlanılıb.

İran vətəndaşının 30 min ədəd zəlini qaçaqmalçılıq yolu ilə ölkəmizdən çıxarmasının qarşısı alınıb.

ARB TV xəbər verir ki, gömrükçülərin səyi nəticəsində aşkarlanan zəlilər Mingəçevirdə xüsusi hovuzlara buraxılıb.

İran vətəndaşı Zahedi Qulamrza 30 min zəli ilə Astara Gömrük məntəqəsində saxlanılıb. Həmin zəlilər heç bir dövlət qurumlardan xüsusi icazə alınmadan Masallı rayonunda yerləşən göllərdən qan sovuraraq toplanmış və sonradan həmin zəlilərin satışının təşkil edilməsi məqsədi ilə qaçaqmalçılıq yolu ilə İran İslam respublikasına aparılmağına cəhd göstərilmişdir. Artıq cinayət işi üzrə İran İslam Resbulikasınən Zahidi Qulamrıza Əbülfəz oğlu cinayət məsuliyyətinə cəlb edilmişdir.

Zəlilər bioloji mühafizələrin təmini və yenidən təbiətə qaytarılması üçün Mingəçevirə gətirildi. Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşlarının iştirakı ilə Elmi Təcrübə məntəqəsindəki xüsusi hovuzlara buraxıldı.

Zoologiya institutunun direktoru Elman Yusifovun sözlərinə görə, müayinələr zamanı zəlilər arasında insan sağlamlığı üçün təhlükə törədənlərin olduğu aşkarlanıb. Bir müddətdən sonra zəlilər optimal şəraiti olan müxtəlif göllərə paylanılacaq.

İstintaq müddəti başa çatana kimi 30 min ədəd zəli Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Mingəçevirdə yerləşən Elmi Təcrübə məntəqəsində saxlanılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm