Quba-Xınalıq yolunda qar uçqunu - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Quba-Xınalıq yolunda qar uçqunu - YENİLƏNDİ

Uçqun səbəbindən 7 kəndlə əlaqə kəsilib.

Quba-Xınalıq yolunda hərəkət bərpa olunub.

Publika.az xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, qar uçqunu baş vermiş əraziyə texnikalar cəlb olunaraq uçqunun fəsadları aradan qaldırılıb.

***

Bu gün Quba-Xınalıq yolunun 37-ci kilometrliyində qar uçqunu baş verib. Uçqun səbəbindən 7 kəndlə əlaqənin kəsildiyi bildirilir.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Publika.az-a açıqlamasında bildirib ki, hazırda yolun qardan təmizlənməsi istiqamətində iş aparılır: “Uçqun səbəbindən Xınalıqla yanaşı bir neçə kəndlə əlaqə kəsilib. Bu da təbii haldır. Lakin əməkdaşlarımız yolun qardan təmizlənməsi üçün hazırda ərazidədirlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm