Qar Bakıda 61 “bomj”u xəstəxanalıq etdi
Bizi izləyin

Hadisə

Qar Bakıda 61 “bomj”u xəstəxanalıq etdi

61 nəfər kimsəsiz şəxslə bağlı müraciət qeydə alınıb

Ötən gecədən bu vaxta qədər hava şəraiti ilə bağlı 2 kimsəsiz - “bomj”, 7 nəfər isə travma ilə xəstəxanalara yerləşdirilib.

Bunu Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, travma ilə müraciət edənlərin hamısı qadınlardır: “Onlardan ikisi Klinik Tibbi Mərkəzə, qalan üçü Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, iki nəfər isə 3 Şəhər Klinik Xəstəxanasına yerləşdirilib”.

R.Nağıyev bildirib ki, yanvar ayının 1-dən bu günə qədər 61 nəfər kimsəsiz şəxslə bağlı müraciət qeydə alınıb:

“Onlardan 54-ü kişi, 7-si qadındır. Həmin şəxslərə ilkin yardım göstəriləndən sonra növbətçilik prinsipinə uyğun olaraq, 6, 7, 18, 26, 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarında birinə yerləşdirilir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm