Xəzərdə meyiti tapılan şəxsin neftçi olduğu təsdiqləndi (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Xəzərdə meyiti tapılan şəxsin neftçi olduğu təsdiqləndi (YENİLƏNDİ)

Xəzərdə meyit tapılıb.

Xəzər dənizində meyiti tapılan şəxsin kimliyi məlum olub.

Meyitin müayinəsi zamanı onun ötən ilin dekabrında “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş qəzada itkin düşən operator Vidadi Cümşüd oğlu Qurbanov olduğu müəyyən edilib.

V. Qurbanovun meyiti yaxın saatlarda ailəsinə təhvil veriləcək.

***

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Qərargahdan Publika.az-a bildirilib ki, keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonu “Pirsaat” qəsəbəsi ərazisində dənizdə sahildən 1 mil aralı məsafədə şəxsiyyəti naməlum kişi meyiti aşkarlanıb.

Meyiti tapılan şəxsin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərdən olub-olmadığı müəyyənləşdirilir. Onun şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

***

Fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində sahil nəzarəti həyata keçirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə meyit müşahidə olunub.

Dövlət Sərhəd Xidmətindən Publika.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində təqribən 45-50 yaşlı kişi meyiti sahilə çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm