Azərbaycanlı vəkil Rusiyada həbs edildi
Bizi izləyin

Hadisə

Azərbaycanlı vəkil Rusiyada həbs edildi

Qadının şikayəti əsasında o saxlanılıb.

Rusiyada azərbaycanlı vəkil həbs edilib.

Külli miqdarda dələduzluqda təsirləndirilən vəkil Ramiz Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Bununla bağlı Samara Məhkəməsi qərar çıxarıb.

Məhkəmə istintaqı zamanı bəlli olub ki, Ramiz Məmmədov müdafiə etdiyi şəxsin həyat yoldaşından 1 milyon 500 min rubl (təxminən 43 min manat) pul alaraq, ərini həbsdən azad edəcəyi barədə vəd verib. Lakin azərbaycanlı vəkil verdiyi vədə əməl etməyib.

Qadının şikayəti əsasında o saxlanılıb. Rusiya qanunvericiliyinin müvafiq maddəsi ilə ona ittiham irəli sürülüb. (lent.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm