Hadisə
Masallı-Yardımlı yolunda torpaq sürüşdü

İntensiv yağıntılardan sonra Masallı-Yardımlı yolunda torpaq sürüşməsi aktivləşib.
Publika.az xəbər verir ki, sürüşmə hadisəsi Masallı-Yardımlı yolunun Yardımlı rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, yolun 35 km-də, uzunluğu 48, eni 6 metr olan yol, 1 metr dərinlikdə çöküb. Dərhal əraziyə 51 nömrəli yol-istismar idarəsinin 4 ədəd ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Yolun bağlı qalmaması üçün əraziyə qum və çınqıl daşınaraq bərkitmə işlərinə başlanılıb.
Qısa zamanda çökən ərazidə bərpa işləri aparılaraq avtomobillərin gediş-gəlişi təmin edilib. Yolun tam bərkidilərək genişləndirilməsi bir neçə gün davam etdiriləcək, bunadək ərazi nəzarətdə saxlanılacaq. (apa)

-
Dünya11:30
40 illik dostu İbrahim Tatlısəsi hədələdi: Bütün Türkiyə görəcək
-
Sosial10:52
Orta məktblərdə təhsil müddəti iki il azaldıla bilər: Universitetlərdə isə...
-
Nida Xəbər 09:36
Ermənilər Vardanyana görə Trampın kürəkəninə ağız açdılar: Paşinyan rədd cavabı verdi
-
Sağlamlıq09:24
Bu tarixdə xərçəng ölümcül xəstəlik sayılmayacaq - Professor şad xəbəri çatdırdı
-
Hadisə08:55
Azərbaycanda zəlzələ oldu
-
Nəqliyyat08:24
Bakının bu yollarında tıxac var - Siyahı
-
İKT07:35
İşdə süni intellektdən istifadə edənləri gözləyən TƏHLÜKƏ
-
Sağlamlıq05:45
Bu iki tərəvəz demensiyanın qarşısını alır - Professor açıqladı