• USD 1,7000 0,00% EUR 1,9396 0,00%
    • GBP 2,1676 0,00% RUB 0,0272 0,00%

Göygöldə iki avtomobil toqquşdu - Xəsarət alanlar var

Göygöldə iki avtomobil toqquşdu - Xəsarət alanlar var

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə Göygöl-Toğanalı avtomobil yolunun Aşıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki “VAZ2107” markalı avtomobilin toqquşması nəticəsində kənd sakini, 1954-cü il təvəllüdlü Şəmsəddin Qurbanov və onun həyat yoldaşı 1956-cı il təvəllüdlü Nafə Abbasova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR