Soyğunçuluq edən şəxs polisi və özünü bıçaqladı
Bizi izləyin

Hadisə

Soyğunçuluq edən şəxs polisi və özünü bıçaqladı

Hadisə Nizami rayonunda baş verib.

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs polisə bıçaqla xəsarət yetirib.

Hadisə Nizami rayonunda baş verib.

Belə ki, Qara Qarayev prospekti 74 ünvanında 36 yaşlı Həsənquliyev Sərdar Ənvər oğlu qadının (hələlik adı açıqlanmır) əl çantasını zorla alıb qaçmaq istəyib. Qadının səsinə yaxınlıqda olan polis əməkdaşları gəlib. Polislər soyğunçuluq edən S.Həsənquliyevin arxası ilə qaçaraq onu tutublar. S.Həsənquliyev tutulan zaman bıçaqla əvvəlcə özünə xəsarət yetirib. Onun bu əməlinin qarşısını almaq istəyən polis əməkdaşının da əli kəsilib. S.Həsənquliyev xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri xəsarət alan polisə ilkin yardım göstəriblər.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Qeyd edək ki, S.Həsənquliyev əvvəllər məhkumluq həyatı yaşayıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm