• USD 1,7000 0,00% EUR 1,8964 -0,03%
    • GBP 2,1611 -0,08% RUB 0,0264 0,00%

Bakıda GÜCLÜ PARTLAYIŞ: 5 nəfər... - FOTO (YENİLƏNDİ)

  • Hadisə
  • 21 Fevral 2017 13:39
  • 893 Baxış
Bakıda GÜCLÜ PARTLAYIŞ: 5 nəfər... -  FOTO

Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən dönərxanada baş verən partlayış nəticəsində xəsarət alan 5 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Onun sözlərinə görə, yaralılardan biri qanaxma, digərləri kəsilmiş yaralarla xəstəxanaya yerləşdiriliblər.

3 saylı Şəhər Klinik Xəstəxanasından Publika.az-a bildirdilər ki, yaralıların hamısına ilkin yardım göstəriləndən sonra evə buraxılıblar.

***

Bakıda dönərxanada baş verən partlayışda xəsarət alan 5 nəfərin adı məlum olub.

3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, partlayış nəticəsində 1963-cü il təvəllüdlü Rüstəmova Naridə Rüstəm qızı, 1994-cü il təvəllüdlü Əlifxanlı Şəhriyar Əlimusa oğlu, 1992-ci il təvəllüdlü Bayramov Rəfael Nəsrəddin oğlu, 1991-ci il təvəllüdlü Məmmədov Elşən Əlimusa oğlu və 1978-ci il təvəllüdlü Hüseynova Sima Ağalar qızı xəsarət alıblar.

Onların vəziyyətinin orta-ağır olduğu bildirilib.

***

Bakıda dönərxanada partlayış olub.

Hadisə Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən dönərxanada qeydə alınıb. Partlayış nəticəsində yanğın olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.(apa)

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR