Tənha yaşayan qadının faciəvi ölümü: qaz sobasında yandı
Bizi izləyin

Hadisə

Tənha yaşayan qadının faciəvi ölümü: qaz sobasında yandı

Lənkəran rayonunda 60 yaşlı qadın faciəvi şəkildə ölüb.

Lənkəran rayonunda 60 yaşlı qadın faciəvi şəkildə ölüb.

Hadisə rayonun Vilvan kəndi ərazisndə qeydə alınıb.

Belə ki, həmin kəındin sakini 1957-cü il təvəllüdlü Əzimə Hacırza qızı Səmədova yaşadığı evdə sobanın üstünə yıxılmış vəziyyətdə aşkar edilib. Qonşuların sözlərinə görə, tək yaşayan qadın ürək xəstəsi olub. Qaz sobasının üstünə yıxılan qadının yanaraq öldüyü bildrilir. Ə.Səmədovanın meyiti Səhiyyə Nazirliyinin Məhkəımə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Ekspertizanın rəyindən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm