Metroda cibgir tutuldu
Bizi izləyin

Hadisə

Metroda cibgir tutuldu

135 manat və 11 ABŞ dollar pul aparıblar.

Bakı metropolitenində cibgirlik baş verib.

Teleqraf.com xəbər verir ki, fevralın 18-də metronun “Nizami” stansiyasında, qatarda Kəlbəcər rayon sakini Şahzadə Aslanovanın çantasında oğurluq edilib.

Onun çantasından 135 manat və 11 ABŞ dollar pulu, eyni zamanda sənədini aparıblar.

Oğurluğu törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Etibar Quliyev metropolitenin polis şöbəsi əməkdaşları tərəfindən tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm