Hadisə
Baş həkim rüşvətə görə həbs edildi - BAKIDA

Bakı şəhər Narkoloji Dispanserində vətəndaşlardan qeydiyyatda olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə Bakı şəhər sakinindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb.
Baş prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənovun yanvar-fevral aylarında qeyd olunan müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib almasına şübhələr üçün əsaslar olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
H.Həsənova Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və o, Səhiyyə Nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

-
Region09:54
İrəvanda səhər belə açıldı: “Daşnakçılar”ın evlərində axtarış başlandı
-
Cənubi Qafqaz09:36
“Zəngəzurda Azərbaycan ordusunu alqışlayacağıq” - Erməni ekspertdən sensasion iddia
-
Nida Xəbər 09:24
ABŞ-dan gələn siqnal: Əbu-Dabidə bu sənəd imzalanacaq?
-
Avropa09:12
Yeni dərs ilindən məktəblərdə bu geyim qadağan edildi: Valideynlər qəzəbləndi
-
Nəqliyyat08:37
Bakının bu yollarında tıxac yarandı
-
Sağlamlıq07:35
İynə-dərmanla arıqlamağa son! - Yapon alimlərindən inanılmaz kəşf
-
Dünya07:15
6 uşaq atası evdəki bütün pulu oğurlayıb oğlunun azyaşlı nişanlısı ilə qaçdı
-
İdman06:46
Oveçkin Türkiyədəki istirahətinə nə qədər xərc çəkib?