Gəncə sakini bıçaqlandı
Bizi izləyin

Hadisə

Gəncə sakini bıçaqlandı

Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi hələlik məlum deyil.

Gəncədə 31 yaşlı kişi qarın nahiyəsindən bıçaqlanıb.

Publika.az xəbər verir ki, hadisə gecə saatlarında Kəpəz rayonunda 38 saylı Hərbi şəhərciyin ərazisində baş verib.

Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü, İsmayılov Ramil Əmir oğlu qarın nahiyəsindən bir bıçaq zərbəsi alaraq ağır yaralanıb. Yaxınları tərəfindən Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılan yaralı dərhal həkimlər tərəfindən əməliyyata alınıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm