Bədbəxt hadisə: Qatarın altında qalan Gəncə sakini öldü (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Bədbəxt hadisə: Qatarın altında qalan Gəncə sakini öldü (YENİLƏNİB)

Relsin üzərindən qarşı tərəfə keçmək istəyirdi.

Gəncədə dəmiryol relsinin üzərindən qarşı tərəfə keçmək istəyərkən sağ ayağı qatarın altında qalmış şəxs yerləşdirildiyi Gəncə Şəhər Abbas Səhət adına 1 Saylı Xəstəxanada dünyasını dəyişib.

"Report" xəbər verir ki, 1940-cı il təvəllüdlü Hüseyn Müstəcəb oğlu Hüseynovun ayağı bir neçə saat əvvəl Gəncəçay Stansiyasının yaxınlığında, qorunmayan keçiddə teplovozun altında qalmışdı.

***

Gəncədə dəmiryol relsinin üzərindən qarşı tərəfə keçmək istəyən piyadanın ayaqları ehtiyatsızlıqdan qatarın altında qalıb.

Dəmir Yolu Nəqliyyatında Gəncə Stansiyası Xətt Polis Şöbəsindən "Report"a verilən məlumata görə, hadisə Gəncəçay Stansiyasının yaxınlığında, qorunmayan keçiddə baş verib.

Belə ki, 1940-cı il təvəllüdlü Hüseyn Müstəcəb oğlu Hüseynov dəmir yolunu keçmək istəyən zaman yıxılıb və hərəkətdə olan teplovoz onun ayağının üzərindən keçib. Xəstəxanaya yerləşdirilən yaralının sağ ayağı amputasiya edilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm