Məcburi köçkünün evi yandı, 4 nəfər zəhərləndi
Bizi izləyin

Hadisə

Məcburi köçkünün evi yandı, 4 nəfər zəhərləndi

Yanğına elektirik naqillərində qısa qapanmanın səbəb olduğu bildrilir.

Bərdə rayonunda məcburi köçkünün evi yanıb.

Hadisə rayonun Lək kəndində baş verib. Ağdam rayonundan olan məcburi köçkün Rasim Abbasova məxsus iki otaqlı ev əşyaları ilə birlikdə yanıb. Hadisə zamanı evdə olan qadın və üç uşaq tüstüdən zəhərlənib və qonşuların köməkliyi ilə onlar xəstəxanaya çatdırılıblar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Qeyd dək ki, yanğına səbəb ilkin versiya kimi elektirik naqillərində qısa qapanmanın olduğu bildrilir. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm